Hansi Flik Bakıdakı oyunda ÇL-in tarixinə düşdü

İspaniyanın “Barselona” komandasının almaniyalı baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasında (ÇL) tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin Bakıda “Sabah”a qalib gəldiyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun oyununda qeydə alınıb.

61 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandaların turnirdə vurduğu qolların sayını 150-yə yüksəldərək, buna bütün həmkarlarından daha qısa müddətdə nail olub.

Hansi Flik bunu cəmi 49 oyunda bacarıb. Əvvəlki rekord “Barselona”, “Bayern” (Almaniya) və “Mançester Siti”nin (İngiltərə) sabiq baş məşqçisi Xosep Qvardiolaya məxsus idi. Onun komandaları 150 qol həddinə 65 qarşılaşmada çatmışdı.

Flik 2019-2021-ci illərdə “Bayern” komandasında da işləyib. Almaniya nəhəngi onun rəhbərliyi altında 2020-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub.

“Sabah”la oyun “Barselon”nın futbolçusu Qabriel Jezus üçün də əlamətdar olub. O, UEFA Çempionlar Liqasındakı (ÇL) qol sayına görə uruqvaylı hücumçu Luis Suaresi geridə qoyub. 29 yaşlı hücumçu Bakıdakı görüşün 60-cı dəqiqəsində fərqlənməklə komandasının sonuncu qolunu vurub. Nəticədə braziliyalı forvard qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 28-ə çatdırıb. Luis Suares isə ÇL-də 27 dəfə fərqlənməyi bacarıb.

Xatırladaq ki, Jesus cari mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” ÇL-in Liqa mərhələsinin 5-ci turunda “Sabah”ı Bakıda 4:1 hesabı ilə məğlub edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: