Deniz Gül ÇL oyununda burnunu sındırdı və əməliyyat olundu

“Qalatasaray”ın futbolçusu Deniz Gül Çempionlar Liqasının (ÇL) əsas mərhələsində “Aston Villa” ilə oyunda aldığı zədəyə görə əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsinin 5-ci turunun “Qalatasaray” – “Aston Villa” qarşılaşması İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolun müəllifi olan Deniz Gül həmin epizod zamanı burnundan ağır zədə alıb. “Aston Villa”nın hücumçusu Nikolas Ceksonun ayağı Gülün burnuna dəyib.

Burnu qanayan futbolçu tibbi müdaxilədən sonra üzünə xüsusi sarğı qoyularaq oyunu davam etdirib. Daha sonra aparılan müayinələr zamanı onun burnunda geniş dəri zədələnməsi və sınıq aşkarlanıb.

“Qalatasaray”ın açıqlamasında bildirilib ki, Deniz plastik cərrahiyyə və qulaq-burun-boğaz mütəxəssislərinin iştirakı ilə əməliyyat olunub.

“Futbolçumuza tezliklə sağalmasını arzulayırıq. Onun vəziyyəti tibbi komandamız tərəfindən hər gün nəzarətdə saxlanılacaq”, – deyə klubun açıqlamasında bildirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: