Elçin Məsiyev Vyetnam – Mali matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatına təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Elçin Məsiyev FIFA U-17 dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Vyetnam – Mali oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə onun həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.

Vyetnam – Mali oyunu noyabrın 26-da Qətərin Doha şəhərindəki “Aspire Zone” kompleksində keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: