ÇL: “Fənər” qalib gəldi, “Bayern” uduzdu, PSJ büdrədi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Sabah” doğma meydanda İspaniya nəhəngi “Barselona”nı sınağa çəkib və böyük hesabla məğlub olub.

ÇL-in sonuncu qalibi PSJ doğma meydanda “Roma” ilə üz-üzə gəlib. Fransa və İtaliya klubları 4 qolluq görüşdə 1 xalla kifayətləniblər.

“İnter” “Ştutqart”ı məğlub yola salıbsa, “Bayern” “Lill” ilə səfər oyununda xalszı qalıb.

Türkiyə təmsilçisi “Fənərbağça” da Ukrayna çempionu “Şaxtyor”a tək qolla qalib gəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur

25 noyabr

Sabah (Azərbaycan) – Barselona (İspaniya) 1:4
Slaviya (Praqa, Çexiya) – Vilyarreal (İspaniya) 0:1
Atletiko (İspaniya) – Vikinq (Norveç) 2:0
Brügge (Belçika) – Liverpul (İngiltərə) 0:3
İnter (İtaliya) – Ştutqart (Almaniya) 2:0
Lill (Fransa) – Bayern (Almaniya) 2:1
PSJ (Fransa) – Roma (İtaliya) 2:2
Şaxtyor (Ukrayna) – Fənərbağça (Türkiyə) 0:1
Sportinq (Portuqaliya) – Mançester Yunayted (İngiltərə) 2:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: