Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsində 4-cü turun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edəcək.
Ümumilikdə 18 qarşılaşma baş tutacaq. Günün maraqla gözlənilən görüşlərindən biri Türkiyənin “Trabzonspor” komandası ilə Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) arasında keçiriləcək.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” komandası evdə Cəbəllüttariq təmsilçisi “Linkoln”la qarşılaşacaq. Digər həmyerlimiz Murad Məmmədovun çıxış etdiyi Kipr “Pafos”u isə Danimarkanın “Midtyulland” kollektivini qəbul edəcək.
Avropa Konfrans Liqasında növbəti turun oyunları dekabrın 10-da keçiriləcək.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 4-cü tur
26 noyabr
19:30. Kayrat (Qazaxıstan) – Myalbü (İsveç)
21:45. Ayaks (Niderland) – Tun (İsveçrə)
21:45. Pafos (Kipr) – Midtyulland (Danimarka)
21:45. Brayton (İngiltərə) – Universitatya (Krayova, Rumıniya)
21:45. Brann (Norveç) – Orhus (Danimarka)
21:45. Harts (Şotlandiya) – Monako (Fransa)
21:45. Yablonets (Çexiya) – Luqano (İsveçrə)
21:45. Jalgiris (Litva) – Riqa (Latviya)
21:45. İberiya (Gürcüstan) – Xetafe (İspaniya)
21:45. Eqnatiya (Albaniya) – Linkoln (Cəbəllütariq)
00:00. Braqa (Portuqaliya) – KuPS (Finlandiya)
00:00. Frayburq (Almaniya) – Tvente (Niderland)
00:00. Gent (Belçika) – Srvena Zvezda (Serbiya)
00:00. Borats (Bosniya və Herseqovina) – Atalanta (İtaliya)
00:00. Hayduk (Xorvatiya) – Sent-Trüden (Belçika)
00:00. Nordsyelland (Danimarka) – Panatinaikos (Yunanıstan)
00:00. İnter Eskaldes (Andorra) – Kopenhagen (Danimarka)
00:00. ÇSKA (Sofiya, Bolqarıstan) – Trabzonspor (Türkiyə)


