İspaniyanın “Deportivo” klubunda çıxış edən Pyer-Emerik Obameyanq komandanın məşqinə gedərkən avtomobil qəzasına düşüb.
Arena.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. 37 yaşlı hücumçu hadisədən sonra “Deportivo”nun məşq bazasına çatıb və hazırlıq prosesində adi qaydada iştirak edib.
Obameyanq mətbuat konfransında hadisədən ciddi zərər görmədiyini bildirib:
“Bizdə hər şey qaydasındadır. Belə hadisələr həyatda baş verir. Ən vacibi mənimlə qəza keçirən şəxsin də yaxşı olmasıdır. Pis hadisədən sonra yaxşı günlər gəlir”.
Qabonlu futbolçu mövsümün əvvəlində “Deportivo”ya keçib. O, İspaniya klubunun heyətində keçirdiyi 10 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Hücumçu karyerası ərzində “Lill”, “Sent-Etyen”, “Monako”, “Olimpik” (Marsel), “Milan”, Dortmund “Borussiya”sı, “Arsenal”, “Çelsi” və “Barselona” kimi klublarda çıxış edib. O, “Borussiya” ilə Almaniya kubokunu və iki dəfə Almaniya Super Kuboku, “Arsenal”la İngiltərə kuboku və İngiltərə Super Kuboku, “Barselona” ilə isə İspaniya çempionatını qazanıb.
Obameyanq Qabon millisinin və Avropa Liqasının tarixində ən məhsuldar futbolçudur.


