Azərbaycanın qadınlardan ibarət U-19 milli komandası futbol üzrə Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, 1-ci seçmə mərhələnin ilk turunda Azərbaycan millisi Serbiyanın U-19 yığması ilə qarşılaşıb.
Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 1-ci meydançasında təşkil edilmiş görüş Serbiyanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri ilk hissədə iki qol vuraraq fasiləyə 2:0 üstünlüklə yollanıblar. İkinci hissədə daha iki dəfə fərqlənən Serbiya yekunda böyük hesablı qələbəyə sevinib.
Beləliklə, Azərbaycan millisi seçmə mərhələyə ağır məğlubiyyətlə başlayıb.
Yığmamızın qarşıda daha iki oyunu var. Azərbaycan millisi noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmaları ilə üz-üzə gələcək.


