Alessandro Bastoni 1 aylıq sıradan çıxdı

Futbol üzrə İtaliya yığmasının və “İnter”in müdafiəçisi Alessandro Bastoni zədə səbəbindən 1 aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu sol ayaq əzələsindən zədə alıb. Bastoninin bərpası təxminən üç həftə çəkəcək.

İtaliyalı oyunçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Ştutqart”a qarşı keçirdikləri matçda zədələnib. O, Almaniya klubu ilə görüşün 41-ci dəqiqəsində əvəzlənməsini istəyərək meydanı tərk etmişdi.

“İnter”in baş məşqçisi Kristian Kivu müdafiəçinin dekabrın 18-də A Seriyasında “Leççe”yə qarşı keçiriləcək oyuna və ya dekabrın 22-də “Latsio” ilə İtaliya Super Kuboku matçına qədər sıraya dönəcəyinə ümid edir.

Xatırladaq ki, Bastoni “Atalanta”nın məzunudur. “İnter” futbolçunu 2017-ci ilin avqust ayında 31,1 milyon avro məbləğ müqabilində “Atalanta”dan tamhüquqlu əsasda heyətinə qatıb və bir müddət Berqamo klubunda və “Parma”da icarədə oynadaraq, yenidən “neradzurri”yə cəlb edib.

“İnter”in Bastoni ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Bastoni “İnter” üçün 15 oyun keçirib, 1 qol vurub.

Bastoninin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsəi 313 oyun, 9 qol və 30 məhsudlar ötürmədən ibarətdir.

Alessandro Bastoni 2020-ci ilin noyabr ayında debüt etdiyi İtaliya yığmasınnı heyətində 48 oyuna 5 qolla fərqlənib.

Bastoni “İnter”lə 3 dəfə İtalyia A Seriyasını, 3 dəfə İtaliya Kubokunu və 3 dəfə İtaliya Super Kubokunu qazanıb, həmçinin “skuadra adzurra” ilə AÇ-2020-nin qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: