Əvəzedicilər: “Araz”la “Zirə”dən 3 qol, 1 xal

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 10-cu tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda“Araz-Naxçıvan”la “Zirə”nin ikinci komandaları üz-üzə gəliblər. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

10-cu turun qalan görüşləri noyabrın 28-də və 30-da keçiriləcək.

Əvəzedicilər Liqası
10-cu tur

27 noyabr

“Araz-Naxçıvan-2” – “Zirə-2” 3:3
Qollar: Nihat Mehralıyev, 17; 23; Fərid Tağıyev, 55 – Ramiz Muradov, 19; 29. Rauf Qafarov, 26.
Qolla nəticələnməyən penalti: Nihat Mehralıyev, 84.
Hakimlər: Rövşən Rəcəbov, Sevda Nuriyeva, Mirnihad Seyidov, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.

28 noyabr

“Sumqayıt-2” – “Şəfa-2”
Hakimlər: Ceyhun Hüseynov, Zakir Şükürzadə, Elmin Süleymanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Qəbələ-2” – “Qarabağ-2”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Nəriman Ağayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Şamaxı-2” – “Neftçi-2”
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Anar Bədəlov, Kamil Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 14:30.

30 noyabr

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “İmişli-2”
Hakimlər: Səbuhi Bayramov, Safalı Ağayev, Samir Qaracayev, Samir Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: