Bundesliqa: “Verder” və “Borussiya”dan 6 qolluq heç-heçə

Bu gün keçirilmiş oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Verder” doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşmada tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Qeyd edək ki, 11-ci turun qalan görüşləri noyabrın 28-də və 29-da keçiriləcək.

Almaniya, Bundesliqa
11-ci tur

27 noyabr

Verder – Borussiya (Mönhenqladbax) 3:3

28 noyabr

18:30. Köln – Elversberq
18:30. Hamburq – Bayern
18:30. Maynts – Union Berlin
18:30. Paderborn – Şalke
21:30. Ştutqart – Ayntraxt

29 noyabr

18:30. Frayburq – Leypsiq
20:30. Hoffenhaym – Auqsburq
22:30. Borussiya (Dortmund) – Bayer

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: