“Traktor” “Zobahan”a evdə uduzdu

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 14-cü tur çərçivəsində “Zobahan”la qarşılaşıb.

İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyunda 2 cavabsız qola üzülüblər.

“Traktor” hazırda 23 xalla İran çempionatının 2026/2027-ci illər mövsümünün yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 12 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 14 top keçirmiş “traktorçular” öz qapılarında 7 qol görüblər. Təbrizlilərin ehtiyatda təxirə salınmış iki oyunu da var.

Cənubi Azərbaycan nəhəngi növbəti oyununu dekabrın 2-də “Fulad”a qarşı keçirəcək. Qarşılaşma səfərdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: