Qadın voleybolçuların Azərbaycan çempionatında (Super Liqa) bu gün 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, “Gəncə” doğma meydanda UNEC komandası ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında baş tutmuş oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Super Liqa
4-cü tur
28 noyabr
“Gəncə” – UNEC 3:1 (25:18, 21:25, 25:18, 25:16)
Gəncə İdman Sarayı.
Beləliklə, indiyə qədər keçirilmiş oyunlardan sonra qadınların yarışında turnir cədvəlində vəziyyət belədir:
- DH Volley 6 xal (2 oyun)
- Turan – 6 xal (2 oyun)
- Azərreyl – 6 xal (3 oyun)
- Milli Aviasiya Akademiyası – 6 xal (3 oyun)
- Murov – 6 xal (4 oyun)
- Naxçıvan – 5 xal (4 oyun)
- Gəncə – 4 xal (4 oyun)
- Azərmaş Abeşron – 3 xal (2 oyun)
- UNEC – 0 xal (4 oyun)


