Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 11-ci turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Üç günü əhatə edəcək 11-ci tura dekabrın 4-də start veriləcək. Turun qalan görüşləri ayın 5-də və 7-də təşkil ediləcək. Bütün görüşlərə saat 14:00-da start veriləcək.
Əvəzedicilər Liqası
11-ci tur
4 dekabr
“Şəfa-2” – “Araz-Naxçıvan-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“İmişli-2” – “Sumqayıt-2”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Neftçi-2” – “Kəpəz-2”
“Neftçi” Futbol Mərkəzi” (4-cü meydança), 14:00.
“Qarabağ-2” – “Turan Tovuz-2”
Binə qəsəbə stadionu, 14:00.
5 dekabr
“Sabah-2” – “Şamaxı-2”
“Masazır Arena” (ehtiyat meydança), 14:00.
7 dekabr
“Zirə-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 14:00.


