La Liqa: “Real” “Alaves”ə evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Betis” doğma meydanda “Rayo Valyekano”ya, “Malaqa” Bilbao “Atletik”inə, “Elçe” isə Madrid “Atletiko”suna məğlub olub. Madridin digər təmsilçisi “Real” da “Alaves”lə ev oyununda xalsız qalıb.

Qeyd edək ki, 14-cü turun qalan görüşləri noyabrın 29-da və 30-da keçiriləcək.

İspaniya, La Liqa
14-cü tur

27 noyabr

Levante – Rasinq 1:3

28 noyabr

Betis – Rayo Valyekano 0:1
Malaqa – Atletik 3:4
Elçe – Atletiko 2:3
Real – Alaves 1:2

29 noyabr

17:00. Valensiya – Osasuna
19:15. Deportivo – Barselona
21:30. Selta – Vilyarreal
00:00. Real Sosyedad – Sevilya

30 noyabr

00:00. Espanyol – Xetafe

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: