La Liqa: “Barselona” 3, “Atletiko” 2, “Real” tək qolla qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Lakin onlardan biri yarıda qalıb. Belə ki, “Rayo Valyekano” – “Atletik” görüşü azarkeşlərin davranışları səbəbindən başa çatdırılmayıb. “Alaves”in qonağı olan “Atletiko” səfərdə qələbə qazanıb. “Barselona” doğma meydanda “Xetafe”ni 3 cavabsız qolla üstələyibsə, “Real” “Vilyarreal”ı tək qolla yenib.

Qeyd edək ki, 8-ci turun qalan görüşləri oktyabrın 11-də və 12-də baş tutacaq.

İspaniya, La Liqa
8-ci tur

9 oktyabr

Malaqa – Espanyol 1:1

10 oktyabr

Rayo Valyekano – Atletik 0:0 (yarıda qalıb)
Alaves – Atletiko 1:2
Barselona – Xetafe 3:0
Real – Vilyarreal 1:0

11 oktyabr

16:00. Elçe – Selta
18:15. Real Sosyedad – Deportivo
20:30. Betis – Osasuna
23:00. Rasinq – Valensiya

12 oktyabr

23:00. Levante – Sevilya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: