Nikolas Qonsales “Yuventus”la yeni müqaviləyə imza atdı

İtaliyanın “Yuventus” klubu Argentina millisinin də üzvü olan yarımmüdafiəçisi Nikolas Qonsales ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı vingerlə yeni müqavilə 2030-cu il iyunun sonunadək nəzərdə tutulub. Beləliklə, “qoca sinyora” argentinalı futbolçu ilə uzunmüddətli əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Nikolas Qonsales 2024-cü ilin yayında “Yuventus”a qoşulub. O, ötən mövsümü icarə əsasında Madrid “Atletiko”sunda keçirib. Argentinalı futbolçu çıxışı ilə Turin klubunun rəhbərliyini komandaya lazım olduğuna inandıra bilib.

Qonsales cari mövsümdə də məhsuldarlığı ilə seçilir. O, “Yuventus”un heyətində bütün rəsmi turnirlərdə keçirdiyi 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Argentina millisinin də əsas oyunçularından biri olan yarımmüdafiəçi yığmanın heyətində 60 matçda iştirak edib, 6 qol və 8 assist müəllifi olub. O, iki dəfə Amerika Kubokunun qalibi olub.

Qeyd edək ki, Qonsales 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında Argentina millisi ilə finala yüksəlib. Həlledici görüşdə argentinalılar əlavə vaxtda İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: