Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Gənclərbirliyi” – “Amedspor” matçında qalib müəyyənləşməyib. “Alanyaspor” – “Ərzurumspor” görüşü isə qolsuz başa çatıb. “Trabzonspor” səfərdə “Samsunspor”a, “Fənərbağça” da “Rizəspor”a 3 cavabsız qolla qalib gəlib.
7-ci turun qalan görüşləri oktyabrın 11-də və 12-də baş tutacaq.
Türkiyə, Super Liqa
7-ci tur
9 oktyabr
Qalatasaray – Kasımpaşa 3:1
10 oktyabr
Gənclərbirliyi – Amedspor 2:2
Alanyaspor – Ərzurumspor 0:0
Samsunspor – Trabzonspor 0:3
Rizəspor – Fənərbağça 0:3
11 oktyabr
14:30. Konyaspor – Başakşəhər
17:00. Qaziantep – Çorum
20:00. Beşiktaş – Kocaelispor
12 oktyabr
21:00. Eyüpspor – Göztəpə


