“Bayern”nin belçikalı baş məşqçisi Vensan Kompani futbol üzrə Almaniya Bundesliqasında çempionluq uğrunda mübarizə barədə danışıb.
Arena.az xəbər verir ki, belçikalı mütəxəssis hər mövsüm rəqiblərin yüksək səviyyədə çıxış edəcəyini nəzərə aldıqlarını bildirib:
“Çempionluq uğrunda ciddi mübarizəyə həmişə hazıram. Bu, hər mövsüm üçün keçərlidir. Mövsümün əvvəlindən mübarizənin asan olmayacağını düşünürəm. Biz həmişə rəqiblərimizin yüksək səviyyədə oynayacağını nəzərə alırıq.
Amma bizim üçün əsas məsələ öz fəaliyyətimiz, oyunumuzun keyfiyyəti və özümüzün edə biləcəklərimizdir”, – deyə Kompani klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, “Bayern” Bundesliqanın 2026/2027-ci illər mövsümünün 11-ci turunda ötən gecə səfərdə “Hamburq”la 0:0 hesablı heç-heçə edib. Münhen təmsilçisi bu xal itkisi nəticəsində liderliyi əldən verib. Hazırda Bundesliqaya 24 xalı olan Dortmund “Borussiya”sı liderlik edir. “Bayern” isə 23 xalla ikincidir. Münhen təmsilçisi 11 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib.


