Futbol üzrə İngiltərə millisinin də üzvü olan Koul Palmer Premyer Liqada mübarizə aparan “Çelsi” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə yeni sözləşmə 2034-cü ilin yayına qədər nəzərdə tutulub.
Koul Palmer “Mançester Siti”nin məzunudur. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə əvvəlki müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Palmer “Çelsi”nin heyətində ümumilikdə 138 oyun keçirib, 58 qol vurub, 34 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. Koul “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb. “Çelsi” ilə isə Palmer Konfras Liqasının (2024/2025) və FIFA Klub Dünya Kubokunun (2025) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


