Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümünün birinci təsnifat mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.
Arena.az xəbər verir ki, baş tutmuş 6 qarşılaşmada qapılara bütövlükdə 36 qol vurulub.
“Qaradağ Lökbatan” – “Şəki” (12:0) matçında 12, “Ağdaş” – “Hypers” (1:6) qarşılaşmasında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) oyununda 6, “Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb.
Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub. Bu, Azərbaycan Kubokunun tarixində rekordun təkrarıdır. Belə ki, 1997/1998-ci illər mövsümündə 1/16 final mərhələsi çərçivəsində baş tutmuş 19 görüşdə qapılara 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb.


