U-15 millimiz Maltada UEFA İnkişaf Turnirinə qatılacaq

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) oktyabr ayında Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-15 millimiz oktyabrın 16-dan 18-nə qədər Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Daha sonra isə komandamız Maltaya yollanacaq.

Azərbaycan millisi oktyabrın 19-dan 27-nə qədər Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək. Komandamızın qarşıdakı toplanışlar üçün heyəti, eləcə də Maltada hansı rəqiblərlə qarşılaşacağı barədə məlumat verilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: