Toni Kroos məşqçilik karyerasına başlamağı planlaşdırır

Almaniya millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos peşəkar məşqçilik karyerasına başlamaq niyyətindədir.

Arena.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu “Diario AS” nəşri məlumat yayıb.

36 yaşlı sabiq futbolçu yüksək səviyyəli klubda baş məşqçi kimi özünü sınamağı ciddi şəkildə düşünür. Mənbənin məlumatına görə, Kroos artıq bu niyyəti barədə İspaniya Kral Futbol Federasiyasını (RFEF) rəsmi şəkildə məlumatlandırıb.

Almaniyalı mütəxəssis gələn mövsüm sabiq peşəkar futbolçular üçün nəzərdə tutulmuş sürətləndirilmiş məşqçilik kursuna yazılmağı planlaşdırır. Proqramı uğurla başa vuracağı təqdirdə, o, A kateqoriyalı məşqçi lisenziyası əldə edəcək.

Bildirilir ki, Kroos uşaq-gənclər futbolu və ya akademiya səviyyəsində çalışmaqla kifayətlənmək istəmir. Onun əsas məqsədi böyüklərdən ibarət komandalardan birinin sükanı arxasına keçərək ən yüksək səviyyədə məşqçilik debütünü etməkdir.

Qeyd edək ki, Toni Kroos 2024-cü ilin yayında futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Onun son klub matçı UEFA Çempionlar Liqasının finalında “Real”ın Dortmund “Borussiya”sı üzərində qələbəsi olub. Bundan sonra yarımmüdafiəçi Almaniya millisinin heyətində doğma ölkəsində keçirilən Avropa çempionatında iştirak edib. Almanlar turnirin 1/4 final mərhələsində İspaniya millisinə məğlub olaraq mübarizəni dayandırıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: