Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
MOİK “Mingəçevir”lə ev oyununda 3 cavabsız qolla qalib gəlib. İki qolun qeydə alındığı “Şimal” – “Xankəndi” matçında isə qalib müəyyənləşməyib.
4-cü tura oktyabrın 10-da keçiriləcək son bir oyunla yekun vurulacaq.
Birinci Liqa
4-cü tur
7 oktyabr
“Şahdağ Qusar” – “Zaqatala” 6:0
Qollar: İdir Butrif, 5. Mehrac Baxşalı, 19; 90. Joze Zenqo, 38; 62. Aqostinyo Çipesse, 83.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:30.
8 oktyabr
“Səbail” – “Karvan” 1:1
Qollar: Aldo Qomes Soares, 7 – Eze Sillas, 61.
Hakimlər: Emin Əliyev, Mirnihat Seyidov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:30.
9 oktyabr
MOİK – “Mingəçevir” 3:0
Qollar: Ceyhun Muxtarlı, 47. Bilal İsmayılov, 58. Əli Mürsəlov, 80-öz qapısına.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rasim Axundzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu, 15:30.
“Şimal” – “Xankəndi” 1:1
Qollar: Elnur İbrahimov, 11 – Bəhruz Teymurov, 77.
Hakimlər: Maqsud Şamıyev, Rəşad Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
10 oktyabr
“Gəncəbasar” – “Baku Sportinq”
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu, 15:30.


