Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Kəpəz”i sınağa çəkib.
Sözügedən komandalar Şamaxı şəhər stadionunda üz-üzə gəliblər. Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olub. Gəncə təmsilçisi səfərdə inamlı qələbə qazanıb.
Günün digər oyunu “Neftçi” ilə “Sabah” arasında keçiriləcək. Paytaxt təmsilçiləri 8-ci km stadionunda qarşılaşacaqlar. Turun mərkəzi matçının start fiti saat 19:30-da səslənəcək. Paytaxt derbisinin baş hakimi Rauf Cabbarov olacaq.
Qeyd edək ki, 7-ci turun oyunları oktyabrın 9-da, 10-da və 11-də keçiriləcək.
Premyer Liqa
7-ci tur
9 oktyabr
“Araz-Naxçıvan” – “Kəpəz” 0:2
Qollar: Benito, 31. Rəhman Hacıyev, 86.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 16:00.
Araz-Naxçıvan: 99. Tərlan Əhmədli, 29. Ceyhun Nuriyev, 2. Abdulla Rzayev, 9. Ağadadaş Salyanski, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 17. İssuf Paro, 11. Məhəmməd Mara, 12. Bruno Franko, 5. Luka Dumançiç, 23. Alberto Fernandes.
Ehtiyat oyunçular: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 8. Mustafa Əhmədzadə, 53. Fərid Tağıyev, 21. İbrahim Piriyev, 10. Çarlz Boli, 19. Abdallah Sudi.
Baş məşqçi: Yuri Maksimov.
Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 7. Namiq Ələsgərov, 9. Kennet Kalunqa, 66. David Domqjoni, 11. Viktor Stina, 33. Benito, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 6. Vadim Abdullayev, 20. Rafael Məhərrəmli, 8. Şakir Seyidov, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov.
Baş məşqçi: Azər Məmmədov.


