“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldunun anası Dolores Aveyro oğlunun Portuqaliyada layiq olduğu qiyməti görmədiyini düşünür.
Arena.az xəbər verir ki, o, futbolçunun ölkəsi və milli komanda üçün çox şey etdiyini vurğulayıb:
“Mən kədərlənirəm, bu, normaldır. Bu, mənim üçün şok oldu. Oğlum əsas qapıdan çıxa bilərdi, amma arxa qapıdan getdi. Bir az ağladım, sonra vəziyyəti qəbul etdim. İlk telefon danışığımız zamanı ona sakitləşməyi dedim, amma o, öz qərarını verdi. Bununla belə, problem yoxdur. O, Portuqaliya üçün çox şey edib. Kristiano həmişə Portuqaliyanın qəhrəmanı olub, amma ona layiq olduğu qədər qiymət verilmir”, – Ronaldonun anası bildirib.
Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib. 41 yaşlı hücumçu bunu baş məşqçi Jorje Jezusun ona verdiyi vədləri iki dəfə pozması ilə izah edib. Futbolçu daha sonra millidə çıxışını başa vurmaq niyyətində olmadığını və cəzasını qəbul etməyə hazır olduğunu bildirib.
Ronaldo karyerası ərzində 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionluğu və UEFA Millətlər Liqasının iki titulunu qazanıb. O, 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.


