“İmişli” məşqçisi və şef-skautu ilə vidalaşdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” köməkçi məşqçi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbol funksioneri ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, ötən mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” cari mövsümdə 6 oyuna topladığı 4 xalla 8-ci sırada yer alıb. Əyalət təmsilçisi keçirdiyi 6 ouunda cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.

Premyer Liqa təmsilçisi çempionatdakı növbəti oyununu oktyabrın 11-də “Qarabağ”a qarşı keçirəcək. Yevlax şəhər stadionunda keçiriləcək bu matça saat 16:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: