Bu gün kişi voleybolçuların Azərbaycan çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçında çempionatın aşkar autsayderi “Gənclər” “Neftçi” ilə üz-üzə gəlib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil edilmiş oyun “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Super Liqa
5-ci turdan təxirə salınmış oyun
29 noyabr
“Gənclər” – “Neftçi” 1:3 (15:25, 31:29, 12:25, 15:25)
Abşeron Olimpiya İdman Kompleksi.
Beləliklə, hazırda kişilərin yarışında turnir cədvəlindəki vəziyyət belədir:
- Ordu – 12 xal (4 oyun)
- Azərreyl – 12 xal (6 oyun)
- Xilasedici – 9 xal (3 oyun)
- Neftçi – 5 xal (5 oyun)
- Murov – 4 xal (5 oyun)
- Gənclər – 0 xal (5 oyun)


