Azərbaycan Kubokunda ilk raunda yekun vuruldu

Bu gün keçiriləcək oyunla futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda “Ağdaş” və “Hypers” komandaları üz-üzə gəliblər. Ağdaş şəhər stadionunda baş tutmuş görüşü Mahmud Bağırzadə idarə edib. Yeddi qolun qeydə alındığı matç “Hypers”in qələbəsi ilə başa çatıb. Beləcə, sözügedən komanda növbəti mərhələdə “Şamaxı”ya rəqib olub.

Qeyd edək ki, əvvəlki oyunlarına nəticəsinə əsasən “Qaradağ Lökbatan”, “Ağstafa Gəncləri”, “Marafon”, “Zəngəzur” və “Kür-Araz” komandaları Azərbaycan Kubokunda 2-ci raunda vəsiqə qazanmışdılar.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi

9 oktyabr

“Ağdaş” – “Hypers” 1:6
Qollar: Ümid Mahmudov, 14 – Vüqar Əşrəfli, 4; 9; 77. Asim Babazadə, 44; 74. Aqil Nəzərov, 90.
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu, 14:30.

Ağdaş: 1. Pərvin Zeynalov, 7. Elçin Süleymanov (k), 17. Ramal Əhmədov, 10. Ümid Mahmudov, 24. Nail Təhməzli, 26. Taleh Yusifli, 27. Rəvan Əliyev, 33. Elmir Xəlilov, 18. Hikmət Nəsrəddinov, 6. Rüfət Bədəlzadə, 36. Nurlan Ağabəyov.
Ehtiyat oyunçular: 8. Səbuhi Kazımov, 13. İlqar Nuruşov, 15. Aqil Bağırzadə, 20. Hüseyn Hüseynov.
Baş məşqçi: Aqil Mirzəyev.

Hypers: 13. Elnar Şabanov, 22. Asim Babazadə, 18. Vüqar Əşrəfli, 10. Taleh Hüseynzadə (k), 17. Ceyhun Rəcəbli, 19. Mahmud Məmmədov, 7. Elariz Xəlilli, 11. Samir Ağayev, 16. Nazim Həsənzadə, 2. İmran Azaxov, 4. Saleh Süleymanov.
Ehtiyat oyunçular: 1. Teymur Hüseynov, 21. Davud Mahmudov, 20. Kərəm Əhmədli, 8. Seymur Fərəci, 14. Aqil Nəzərov.
Baş məşqçi: Eldəniz Orucov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: