Futbol üzrə Fransa çempionu PSJ iki əsas oyunçusu – hücumçu Usman Dembele və müdafiəçi Nuno Mendesə əlavə istirahət günləri ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti sosial şəbəkə hesablarında məlumat yayıb.
Qərar baş məşqçi və klubun idman rəhbərliyi ilə razılaşdırılıb. Bildirilib ki, hər iki futbolçu oktyabrın 10-da və 11-də – şənbə və bazar günlərində komandanın ümumi məşqlərinə qayıdacaq. Klubun tibbi heyəti isə oyunçuların hər hansı zədə və ya sağlamlıq problemi ilə üzləşdiyini açıqlamayıb.
Qeyd edək ki, Dembele cari mövsümdə artıq bir dəfə əlavə istirahət edib. Belə ki, 28 avqustda “Qızıl top”un son qalibi Fransa Liqa 1-in 2-ci turunda “Lill”lə səfər oyununu (2:2) buraxıb və həmin vaxt ona altı günlük istirahət verilmişdi.
Mövcud qrafiki nəzərə alsaq, 29 yaşlı fransalı hücumçunun PSJ-nin oktyabrın 10-da “Le-Man”a qarşı keçirilməsi planlaşdırılan Fransa çempionatının 6-cı turunun ev oyununda da meydana çıxmaması gözlənilir.


