Zelim Kotsoyev DÇ-də medalsız qaldı

Azərbaycanın Olimpiya və dünya çempionu Zelim Kotsoyev Bakıda təşkil edilmiş cüdo üzrə dünya çempionatında medalsız qalıb.

Arena.az xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev 1/32 funalda Baymurad Bajanov (Türmənistan) ilə qarşılaşıb və rəqibinə ipponla qalib gələrək 1/16 finala yüksəlib. O, növbəti mərhələdə Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gəlib və ipponla qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb. Kotsoyev bu mərhələdə Rusiyanı təmsil edən erməni Arman Adamyanla qarşılaşıb və məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin hesabında 5 medal var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında qazandığı rekord göstəricidir.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: