Milan “İnter”inin baş məşqçisi Kristian Kivu komandanı idarə edərkən tətbiq etdiyi fəlsəfə və psixoloji yanaşma barədə danışıb.
Arena.az xəbər verir ki, 45 yaşlı rumıniyalı mütəxəssis 2025-ci ilin iyunundan Milan klubunun baş məşqçisidir.
Kivu “Cronache di Spogliatoio” podkastına açıqlamasında uğur və uğursuzluğa eyni münasibət bəsləməyə çalışdığını bildirib:
“Anlayışlı olmağa və əlavə stress yaratmamağa çalışıram. Psixoloji baxımdan daha dözümlü olmağı öyrənmişəm. Uğur və uğursuzluq sadəcə iki fərqli anlayışdır və mən onlara eyni cür yanaşıram. Bu anlayışları bir-biri ilə müqayisə etmirəm. Hər şey yaxşı gedəndə həddindən artıq sevinmirəm, pis nəticələr olanda isə depressiyaya düşmürəm”.
Xatırladaq ki, Kristian Kivu 2025-ci ilin yayından “İnter”ə rəhbərlik edir. O, Milan təmsilçisini indiyə qədər 64 oyuna çıxarıb, 42 qələbə, 9 heç-heçə, 13 məğlubiyyət görüb. Rumın mütəxəssis bu komandanı ötən mövsüm İtaliya çempionu, həm də İtaliya Kubokunun qalibi edib.


