Bu gün keçirilmiş oyunla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 6-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lans” doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə meydan sahibləri çətin qələbəyə seviniblər.
Qeyd edək ki, 6-cı turun qalan görüşləri oktyabrın 10-da və 11-də baş tutacaq.
Fransa, Liqa 1
6-cı tur
9 oktyabr
Lans – Olimpik (Lion) 2:1
10 oktyabr
19:15. Lill – Havr
22:45. Brest – Anje
22:45. Loryan – Paris
22:45. Monako – Tuluza
22:45. PSJ – Le Man
11 oktyabr
17:00. Nitsa – Strasburq
19:15. Renn – Oser
22:45. Trua – Olimpik (Marsel)


