Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi bu gün Türkiyənin “Antalyaspor” komandası ilə yoxlama oyununda üz-üzə gəlib.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, qadınlardan ibarət Azərbaycan millisi oktyabrın 5-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.
Millimiz bu gün hazırlıq çərçivəsində “Antalyaspor”un qadınlardan ibarət komandası ilə yoxlama oyunu keçirib. “Titanic Deluxe Belek Football Center”də baş tutmuş oyunda qapılara bütövlükdə 3 qol vurulub. Millimiz yekunda 2:1 hesablı qələbəyə sevinib. Komandamızın heyətində 40-cı dəqiqədə Nigar Mirzalıyeva, 69-cu dəqiqədə isə Manə Mollayeva fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisinin hazırlıq prosesi ayın 13-nə qədər davam edəcək.


