Super Liqa: “Qalatasaray” “Kasımpaşa”nı 3 qolla yendi

Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda son çempion və lider “Qalatasaray” doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə meydan sahibləri inamlı qələbəyə seviniblər.

7-ci turun qalan görüşləri oktyabrın 10-da, 11-də və 12-də baş tutacaq.

Türkiyə, Super Liqa
7-ci tur
9 oktyabr

Qalatasaray – Kasımpaşa 3:1

10 oktyabr

14:30. Gənclərbirliyi – Amedspor
17:00. Alanyaspor – Ərzurumspor
17:00. Samsunspor – Trabzonspor
20:00. Rizəspor – Fənərbağça

11 oktyabr

14:30. Konyaspor – Başakşəhər
17:00. Qaziantep – Çorum
20:00. Beşiktaş – Kocaelispor

12 oktyabr

21:00. Eyüpspor – Göztəpə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: