Bundesliqa: “Borussiya” evdə “Verder”lə bacarmadı

Bu gün keçirilmiş oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Dortmund “Borussiya”sı doğma meydanda Bremen “Verder”i ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 2 qol və 1 xalla kifayətləniblər.

5-ci turun qalan görüşləri oktyabrın 10-da və 11-də baş tutacaq.

Almaniya, Bundesliqa
5-ci tur

9 oktyabr

Borussiya (Dortmund) – Verder 2:2

10 oktyabr

17:30. Auqsburq – Bayern
17:30. Hoffenhaym – Hamburq
17:30. Maynts – Bayer
17:30. Paderborn – Ştutqart
17:30. Union Berlin – Elversberq
20:30. Leypsiq – Ayntraxt

11 oktyabr

17:30. Köln – Borussiya (Mönhenqladbax)
19:30. Frayburq – Şalke

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: