Bu gün keçirilmiş oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 2-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda “Sumqayıt” “Naxçıvan”ı qəbul edib. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil edilmiş turun açılış oyunu qonaqların qələbəsi ilə yekunlaşıb – 87:76.
Turun növbəti iki oyunu sabah – oktyabrın 10-da keçiriləcək. “Landau Lions” NTD-ni, “Neftçi” isə “Ordu”nu qəbul edəcək. Bu turun “Sabah” – “Gəncə” görüşü isə təxirə salınıb.
ABL-in yarış cədvəlində hazırda “Sumqayıt” 3 xalla liderdir. “Naxçıvan”, “Sabah” və “Gəncə” 2, “Ordu”, “Landau Lions”, NTD və “Neftçi” isə 1 xal toplayıblar.


