Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Monako” – “Tuluza” matçında qalib müəyyənləşməyib. “Lill” “Havr”ı, “Brest” “Anje”ni, “Loryan” “Paris”i, son çempion PSJ isə “Le Man”ı məğlub yola salıb.
Qeyd edək ki, 6-cı turun qalan görüşləri oktyabrın 11-də baş tutacaq.
Fransa, Liqa 1
6-cı tur
9 oktyabr
Lans – Olimpik (Lion) 2:1
10 oktyabr
Lill – Havr 1:0
Brest – Anje 5:1
Loryan – Paris 1:0
Monako – Tuluza 2:2
PSJ – Le Man 3:1
11 oktyabr
17:00. Nitsa – Strasburq
19:15. Renn – Oser
22:45. Trua – Olimpik (Marsel)


