Premyer Liqa: “Sumqayıt” “Qəbələ”yə 4 qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü Sumqayıtda baş tutub.

Burada “Sumqayıt” “Qəbələ” ilə üz-üzə gəlib. “Sumqayıt Arena”da təşkil edilmiş oyunu Kamranbəy Rəhimov idarə edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, sumqayıtlıların cari mövsümdə ilk qələbəsidir.

Premyer Liqa
7-ci tur

10 oktyabr

“Sumqayıt” – “Qəbələ” 4:1
Qollar: Mamadi Banqre, 6. İssa Suliman, 9. Ronaldo Vaskes, 29. Lukas Blek, 67 – Şahin Şahniyarov, 25.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Sumqayıt Arena”, 19:30.

Sumqayıt: 16. Marko Yohanson, 29. Emil Mustafayev, 9. Jeam Oliveyra, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, 21. Tyaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 7. Rüstəm Əhmədzadə, 20. Ayxan Süleymanlı, 17. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 27. İmani Barker, 71. Masaki Murata.
Baş məşqçi: Filipe Kandido.

Qəbələ: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 22. Fərid İsgəndərov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 9. Karim Rossi, 12. Kouya Mabea, 16. İsaak Amoa, 5. Natan Monzanqo, 80. Meşak Uboçioma.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 23. Rafael Utziq, 8. Endri Çekici, 7. Bruno Silva, 3. Edson Eduardo.
Baş məşqçi: Yeton Bekiri.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: