ABL: “Neftçi” və “Landau Lions” qələbə qazandı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Bakı İdman Sarayında baş tutan matçlarda “Neftçi” “Ordu”nu, “Landau Lions” isə NTD-ni məğlub edib.

“Neftçi” – “Ordu” 83:79 (27:25, 15:19, 23:17, 18:18)

Gərgin keçən qarşılaşmada “Neftçi” rəqibini 4 xal fərqi ilə üstələyib. Qalib komandanın heyətində Aleksa Stepanoviç 17 xal toplayaraq ən məhsuldar basketbolçu olub.

“Landau Lions” – NTD 102:68 (22:15, 33:13, 21:15, 26:25)

“Landau Lions” rəqibinə böyük hesabla qalib gəlib. Komandanın qələbəsində 26 xal toplamış De’Andre Cekson əsas pay sahiblərindən biri olub.

Xatırladaq ki, turun əvvəlki oyununda “Sumqayıt” “Naxçıvan”a 76:87 hesabı ilə uduzmuşdu.

Bu turun “Gəncə” – “Sabah” matçı isə qeyri-müəyyən tarixə təxirə salınıb.

ABL-in yarış cədvəlində hazırda “Landau Lions” və “Sumqayıt”ın 3 xal var. “Naxçıvan”, “Sabah”, “Gəncə”, “Ordu”, NTD və “Neftçi” isə 2 xal toplayıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: