Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (17-ci qran-pri) həlledici yarışı baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Sinqapurda təşkil olunub.
Sinqapur qran-prisində də “Red Bull”un pilotu Maks Ferstappen qalib olub. 29 yaşlı niderlandlı sürücü 62 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun cari mövsümdə ikinci, karyerası ərzində 73-cü zəfərdir.
Bu, Ferstappenin ardıcıl ikinci qələbəsidir. Dördqat dünya çempionu həm də karyerasında ilk dəfə Sinqapur qran-prisində qalib gəlib.
“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler ikinci yeri tutub. “Mercedes”in italiyalı sürücüsü Kimi Antonelli isə yarışı üçüncü pillədə başa vurub.
Beləliklə, geridə qalmış 17 mərhələdən sonra Kimi Antonelli (“Mersedes”) 340 xalla vahid liderdir. “Mersedes”in digər pilotu Corc Rassel (238) ikincidir. Üçüncü yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (229) qərarlaşıb.
Mühəndislər Kubokunda “Mersedes” 578 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 444 xalla ikinci, “Maklaren” isə 339 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 18-ci qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Bu yarış oktyabrın 25-də Texasda baş tutacaq.
Formula 1 üzrə dünya çempionatı, 2026
Pilotların yarışında turnir cədvəli:
- Kimi Antonelli (Mersedes) – 340
- Corc Rassell (Mersedes) – 238
- Luis Hamilton (Ferrari) – 229
- Maks Ferstappen (Red Bull) – 221
- Şarl Lekler (Ferrari) – 215
- Lando Norris (Maklaren) – 201
- Oskar Piastri (Maklaren) – 138
- İsak Hacar (Red Bull) – 97
- Liam Louson (Rasinq Bulls) – 75
- Pyer Qasli (Alpin) – 41
- Arvid Linblad (Rasinq Bulls) – 38
- Franko Kolapinto (Alpin) – 27
- Oliver Berman (Haas) – 23
- Niko Hulkenberq (Audi) – 13
- Qabriel Bortoleto (Audi) – 10
- Esteban Okon (Haas) – 7
- Fernando Alonso (Aston Martin) – 7
- Karlos Sayns (Uilyams) – 7
- Aleksander Albon (Uilyams) – 5
- Yuki Tsona (Rasinq Bulls) – 1
- Serxio Peres (Kadillak) – 0
- Valtteri Bottas (Kadillak) – 0
- Lens Stroll (Aston Martin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Mersedes – 578
- Ferrari – 444
- Maklaren – 339
- Red Bull – 332
- Rasinq Bulls – 100
- Alpin – 68
- Haas – 30
- Audi – 23
- Uilyams – 12
- Aston Martin – 7
- Kadillak – 0


