Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün arxada qalan hissəsində “Sabah” cəmi 1 qol buraxması ilə diqqət çəkir.
Arena.az xəbər verir ki, 8 oyunda orta hesabla 0,125 top buraxmış paytaxt təmsilçisi turnirin tarixinin rekordunu təkrarlayıb.
1992-ci ildən keçirilən Azərbaycan çempionatında ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız 1 top buraxıb. Buna sonuncu dəfə 2016/2017-ci illər mövsümündə “Qəbələ” nail olmuşdu.
2001/2002-ci illər mövsümündə “Neftçi”nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra “Xəzər Lənkəran” təkrarlayıb.
Xatırladaq ki, ötən mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu olmuş “Sabah” cari mövsümdə də uğurlu çıxışını davam etdirir. Geridə qalmış 9 turda 6 qələbə qazanıb 2 heç-heçə etmiş “bayquşlar”ın 1 oyunu da təxirə salınıb. Rəqib qapılarından 18 top keçirmiş paytaxt təmsilçisi 20 xalla Premyer Liqanın yarış cədvəlinin vahid lideridir.


