Super Liqa: “Qalatasaray” “Fənərbağça”nı xalsız yola saldı

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Rizəspor” – “Trabzonspor” matçında qonaqlar qalib gəliblər. “Beşiktaş” doğma meydanda “Başakşəhər”i 2 cavabsız qolla məğlub edib. “Qalatasaray” isə İstanbul derbisində “Fənərbağça”nı üstələyib.

Beləliklə, 9 turdan sonra 22 xala malik “Qalatasaray” vahid liderdir. “Amedspor” 20, “Trabzonspor” 19, “Beşiktaş” 18, “Fənərbağça” və “Kasımpaşa” 16 xal toplayıblar.

Türkiyə, Super Liqa
9-cu tur

23 oktyabr

Alanyaspor – Kocaelispor 1:2

24 oktyabr

Eyüpspor – Kasımpaşa 0:1
Qaziantep – Ərzurumspor 1:3
Samsunspor – Amedspor 1:2

25 oktyabr

Konyaspor – Gənclərbirliyi 2:0
Göztəpə – Çorum 2:0

26 oktyabr

Beşiktaş – Başakşəhər 2:0
Rizəspor – Trabzonspor 3:4
Qalatasaray – Fənərbağça 2:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: