La Liqa: “Osasuna” “Sevilya”ya səfərdə uduzdu

Bu gün keçirilmiş oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sevilya” doğma meydanda “Osasuna” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Beləliklə, geridə qalmış 10 turdan sonra 27 xala malik “Barselona” vahid liderdir. “Atletiko” 25 xalla ikinci, “Real” 24 xalla üçüncü pillədə qərarlaşıb. “Betis”in 20, “Real Sosyedad”ın 19, “Sevilya”nın 17 xalı var.

İspaniya, La Liqa
10-cu tur

23 oktyabr

Alaves – Malaqa 1:1

24 oktyabr

Rayo Valyekano – Elçe 0:3
Rasinq – Espanyol 2:1
Valensiya – Vilyarreal 1:2
Atletiko – Deportivo 1:0

25 oktyabr

Atletik – Xetafe 4:0
Selta – Betis 0:0
Real Sosyedad – Levante 2:1
Barselona – Real 1:2

26 oktyabr

Sevilya – Osasuna 2:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: