ABL: “Neftçi” “Landau Lions”a qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə “Neftçi” və “Landau Lions” komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutmuş qarşılaşma “Neftçi”nin 86:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində “Neftçi” xallarının sayını 8-ə çatdırıb və turnir cədvəlinə liderlik edir. “Landau Lions” isə 6 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyununda “Naxçıvan” “Ordu”ya 76:84 hesabı ilə uduzub.

5-ci turun qalan iki qarşılaşması noyabrın 1-də keçiriləcək:

14:00. “Gəncə” – NTD
14:00. “Sumqayıt” – “Sabah”

ABL-in yarış cədvəlində hazırda vəziyyət belədir:

  1. “Neftçi” – 8
  2. “Naxçıvan” – 7
  3. “Ordu” – 6
  4. “Landau Lions” – 6
  5. “Sabah” – 5
  6. “Sumqayıt” – 5
  7. “Gəncə” – 4
  8. NTD – 4
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: