Azərbaycan Premyer Liqasının 9-cu turunun “Şamaxı” – “Neftçi” matçı meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
10-cu tur
1 noyabr
“Şamaxı” – “Neftçi” 2:3
Qollar: Abdullahi Şuaybu, 24. Ayman Buali, 64 – Qustavo Klisman, 14. Breno Almeyda, 49. Adeleke Akinyemi, 75.
Sarı vərəqələr: Rikardo Fernandes, 54 (hakimin qərarına etiraz). Rikardo Apolinario, 65 (qeyri-idman hərəkəti) – İfeanyi Metyu, 62 (qeyri-idman hərəkəti). Rüfət Abbasov, 89 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Azər Bağırov, 66 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Şamaxı şəhər stadionu, 1300 tamaşaçı.
Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Asiman Əzizli.
Dördüncü hakim: Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov (77. Okan Təhməzli, 78), 10. Edqar Adilxanov (80. Həbib İsmayılov, 65), 25. Filipe Markes (7. Emil Süleymanov, 78), 13. Rikardo Apolinario, 11. Ayman Buali (14. Uğur Cahangirov, 78), 3. Jota, 19. Abdullahi Şuaybu (9. Tornike Axvlediani, 59), 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 2. Fariz Xeyrullayev, 88. Hacıəli Şirəliyev, 66. Ceyhun Bağırzadə, 8. Teşaqer Dequ.
Baş məşqçi: Azər Bağırov.
Neftçi: 1. Emil Balayev (k), 14. Elvin Bədəlov, 3. Rüfət Abbasov, 18. İfeanyi Metyu (8. Emin Mahmudov, 83), 55. Endryu Qravilyon, 33. Breno Almeyda, 10. Freddi Varqas (26. Adeleke Akinyemi, 65), 22. Denzel Jubitana (6. Sessi Dalmeyda, 78), 20. Qustavo Klisman (7. Emil Səfərov, 65), 88. Viçko Şevel, 11. Alen Şkribek (29. Lyubomir Tupta, 65).
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 91. Nurəziz Əzizov, 24. Mustafa Sek, 97. Bassala Sambu, 70. Andrey Ştoqrin, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.


