İkinci Liqa: “Şəki” Ağstafada 11 qola üzüldü

Bu gün keçirilmiş oyunla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 9-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Ağstafa Gəncləri” doğma meydanda cari mövsümün aşkar autsayderinə çevrilmiş “Şəki” ilə üz-üzə gəlib. 12 qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri əzici hesabla qalib gəliblər.

9-cu turun qalan görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.

İkinci Liqa
9-cu tur

1 noyabr

“Ağstafa Gəncləri” – “Şəki” 11:1
Qollar: Elçin Qasımov, 7; 29-pen; 34; 42; 44; 63; Firuz Osmanov, 16-öz qapısına. Elgün Namazov, 10; 13; 89. Yunis Hüseynov, 54 – Elgün Hacıbabayev, 58.
Hakimlər: Samir Musayev, Tural Bayramov, Cavid Ömərov, Hacıağa Həsənov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağstafa şəhər stadionu, 15:00.

2 noyabr

“Difai” – “Hypers”
Hakimlər: Mehdi Yusifov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Rasim Musayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Ağdaş” – “Kür-Araz”
Hakimlər: Pərviz İbrahimov, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu, 14:00.

3 noyabr

“Zəngəzur” – “Şəmkir”
Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 11:00.

“Marafon” – “Qaradağ Lökbatan”
Hakimlər: İslam Məmmədov, Ruslan Babayev, İlkin Mustafazadə, Kamil Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Marafon Arena”, 14:30.

“Dinamo” – “Şirvan”
Hakimlər: Fəridə Lütfəliyeva, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: