Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha iki qarşılaşma keçirilib.
“Sabah” səfərdə “Sumqayıt”ı 100:85 hesabı ilə məğlub edib. Bakı İdman Sarayında baş tutan görüşdə qalib komandanın heyətində Frenki Fidler 20 xalla ən məhsuldar basketbolçu olub.
Digər matçda “Gəncə” NTD-ni 100:80 hesabı ilə üstələyib. Gəncə İdman Sarayında keçirilən oyunda Ksavye Rouds 26 xalla meydan sahiblərinin qələbəsində əsas pay sahibi olub.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Naxçıvan” “Ordu”ya 76:84, “Neftçi” isə “Landau Lions”a 86:84 hesabı ilə qalib gəlib.
Beləliklə, dörd oyundan sonra 8 xala malik “Neftçi” ABL-in turnir cədvəlinə başçılıq edir. “Sabah” və “Naxçıvan” 7 xalla ikinci-üçüncü yerləri bölüşdürürlər. “Ordu”, “Landau Lions”, “Sumqayıt” və “Gəncə”nin hər birinin 6, NTD-nin isə 5 xalı var.


