Babək Quliyev “Göztəpə” – “Alkmar” matçına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA Gənclər Liqasının 2026/27 mövsümünün növbəti oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Babək Quliyev UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək “Göztəpə” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) oyununda hakim-inspektor olacaq. O, bu görüşdə Rumıniyadan olan hakimlər briqadasının işinə qiymət verəcək. Oyunun baş hakimi Sabolts Kovaç olacaq. Ona yan xətt hakimləri İonut Neaksu və Nikusor Florentin Marin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Türkiyədən olan Məhəmməd Alperen Çopur yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə və Niderland komandaları arasındakı qarşılaşma noyabrın 3-də Türkiyənin İzmir şəhərində yerləşən “Bornova” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: