Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasının daha bir oyununu buraxıb.
Arena.az xəbər verir ki, Türkiyə Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 13-cü turunun oyunları keçirilir.
Yunuszadənin bu ilin yayında transfer olunduğu “Boluspor” səfərdə “Sivasspor”la üz-üzə gəlib. Görüş Bolu təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Elvin bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, bu, Elvinin komandasının cari mövsümdə qazandığı ilk qələbədir.
“Boluspor” cari mövsümdə keçirdiyi 12 oyunda cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Hazırda 4 xalı olan Bolu təmsilçisi 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Elvin bu görüşlərdən üçündə meydana çıxıb. Bütövlükdə isə o, “Boluspor”un heyətində 4 matç keçirib.
Xatırladaq ki, “Boluspor” Yunuszadənin karyerasında legioner həyatı yaşadığı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Netçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb. Stopper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, millimizin heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.


