Bundesliqa: “Ayntraxt” “Hamburq”u 3 qolla məğlub etdi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Union Berlin” – “Köln” matçında qalib müəyyənləşməyib. “Ayntraxt” isə “Hamburq”la ev oyununda inamlı qələbəyə sevinib.

Beləliklə, geridə qalmış 8 turdan sonra “Bayern”lə Dortmund “Borussiya”sının 18, “Frayburq”un 16, “Leypsiq” və “Verder”in 15, “Bayer”in 13 xalı var.

Almaniya, Bundesliqa
8-ci tur

30 oktyabr

Elversberq – Maynts 4:1

31 oktyabr

Auqsburq – Frayburq 1:2
Borussiya (Mönhenqladbax) – Paderborn 0:0
Bayer – Ştutqart 2:4
Şalke – Leypsiq 0:2
Verder – Hoffenhaym 2:0
Bayern – Borussiya (Dortmund) 2:2

1 noyabr

Union Berlin – Köln 1:1
Ayntraxt – Hamburq 3:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: